Azərbaycan hökuməti normativ-hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi qaydalarını təsdiq edib

Azərbaycan hökuməti normativ-hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi qaydalarını təsdiq edib
# 27 iyun 2012 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi Qaydaları»nı təsdiq edib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlər Kabineti «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında» dövlət başçısının 2011-ci il 27 iyul tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə «Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə 2012-ci il 25 iyun tarixli qərar qəbul edib.

Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb ki, 1 ay müddətində Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələrinin «Elektron hökumət» portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etsin. Qərar imzalandığı gündən qüvvəyə minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR