«Eurovision» mahnı müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubunun «facebook»dakı səhifəsi 22.000 bəyənmə toplayıb – FOTOSESSİYA
09 aprel 2012 07:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. «Eurovision» mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu olan «Ogae Azərbaycan»ın sosial şəbəkələrdə bəyənilmə sayı 20 mini keçib. «Ogae Azərbaycan»dan APA-ya verilən məlumata görə, müsabiqə üzrə rəsmi fan-klub Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi «Eurovision- 2012»yə dəstək istiqamətində fəaliyyətini davam etdirir. Bildirilir ki, artıq sosial yönümlü kütləvi aksiyalara start verən fan-klub, son ay ərzində 50-dən çox tədbir və aksiyalar keçirib.
Artıq fan-klub, yalnız sosial şəbəkələrdə deyil, yerli və xarici mətbuatda, TV kanallarda böyük maraq yaradır və onun fəaliyyəti haqda məlumat bütün izləyicilərə və oxuculara çatdırılır. «Ogae Azərbaycan» gələcək 2 ay ərzində «Eurovision»a marağı artırmaq məqsədi ilə bir sıra orijinal aksiyalar, FlashMob-lar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və bu istiqamətdə təbliğat xarakterli tədbirlər həyata keçirmək niyyətindədir.
Rəsmi fan-klubun «facebook» sosial şəbəkəsindəki səhifəsi 22.000, youtube kanalında 51.000, twitter-də 700 nəfərdən çox bəyənilib və izlənilib.

Mədəniyyət siyasəti
Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
17:53
27 may 2024
Tacikistan Mədəniyyəti Günləri başa çatıb - FOTO
10:57
24 may 2024
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib
19:18
23 may 2024
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024