ABŞ İrandan neft idxal edən 7 ölkəni sanksiyalardan azad edib
12 iyun 2012 07:24 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ İrandan neft idxal edən 7 ölkəni sanksiyalardan azad edib. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.
Onun sözlərinə görə, sanksiyalardan azad olunan ölkələr Hindistan, Malayziya, Cənubi Koreya, CAR, Şri-Lanka, Türkiyə və Tayvandır.
Qeyd edək ki, bir ay əvvəl Belçika, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Polşa, İspaniya və Böyük Britaniya sanksiyaların təsirindən azad olunub. Bununla belə, İranın ixrac etdiyi xam neftin 1/5 hissəsini alan Şimali Koreya sanksiyalarla üzləşə bilər.
H.Klinton qeyd edib ki, Şimali Koreya istisna olmaqla adı çəkilən ölkələrin hamısı İran neftinin idxalını ya azaldıb, ya da ondan tamamilə imtina edib: “İran rəhbərliyinə demək istəyirik ki, beynəlxalq ictimaiyyətin tələblərinə cavab vermədikcə, iqtisadi sanksiyaları və təcridi gücləndirəcəyik”.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024