Respublika Hərbi Prokurorluğunda prokurorluq işçilərinin peşə bayramı günü ilə bağlı mərasim keçirilib

Respublika Hərbi Prokurorluğunda prokurorluq işçilərinin peşə bayramı günü ilə bağlı mərasim keçirilib
# 01 oktyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Respublika Hərbi prokurorluğunda «1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü» və milli prokurorluğun yaradılmasının 94-cü ildönümünə həsr olunmuş mərasim keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mərasimdə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev prokurorluq işçilərini təbrik edərək Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən məlum sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edildiyini vurğulayıb.

X. Vəliyev prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərildiyini, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görüldüyünü qeyd edib. O, həmçinin vurğulayıb ki, prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malikdir.

X. Vəliyev qeyd edib ki, digər hüquq mühafizə orqanları kimi hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə edilib və bundan sonra da bütün mümkün tədbirlər görüləcəkdir. Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, bir neçə yeni inzibati binaların tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunub, hazırda Respublika Hərbi Prokurorluğunun yeni doqquz mərtəbəli inzibati korpusu üçün yeni informasiya texnologiyalarının geniş tətbiqi üçün bütün imkanları olan inzibati binanın tikintisi yekunlaşmaq mərhələsindədir.

Yubiley mərasimində Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa mükafatlar, müxtəlif medallar, qiymətli hədiyyələr və hərbi rütbələr təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR