Azərbaycanda toyu olacaq qız özünü öldürmək istəyib

Azərbaycanda toyu olacaq qız özünü öldürmək istəyib
# 18 may 2012 10:04 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 1991-ci il təvəllüdlü Baxşıyeva Günay Ziyafəddin qızı yaşadığı evin həyətində özünü asıb. 20 dəqiqə ipdən asılı qalan qız möcüzə nəticəsində sağ qalıb. Nişanlısı Günayın telefon zənglərinə cavab vermədiyini görüb onlara gəlib və qızı ipdən asılı vəziyyətdə tapıb. G. Baxşıyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bu gün Günay Baxşıyevanın toy mərasimi keçirilməli idi. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR