Azərbaycanda sənaye istehsalı 3% azalıb
![Azərbaycanda sənaye istehsalı 3% azalıb](https://apa.az/storage/news/2012/june/13/big/blank.jpg)
Dövlət Statistika Komitəsindən «APA-Ecnomics»ə verilən məlumata görə, sənaye məhsulunun 77,5%-i mədənçıxarma bölməsində, 17,1%-i emal bölməsində, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft-qaz sektorunda isə 5,1% azalıb.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı 5,4% azalıb: «Beş ay ərzində 18,5 mln. ton neft, 7,4 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub».
Emal bölməsində məhsul istehsalı 14,6% artıb, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 5%, içki istehsalı 14,4%, toxuculuq sənayesi məhsulları istehsalı 2 dəfə, geyim istehsalı 1,8 dəfə, poliqrafiya fəaliyyəti 2 dəfə, rezin və plastmas məmulatları istehsalı 3,7 dəfə, tikinti materialları istehsalı 19,5%, metallurgiya sənayesi məhsulları istehsalı 10,7%, hazır metal məmulatları istehsalı 1,9 dəfə, kompüterlər və digər elektron avadanlıqları istehsalı 17,5 dəfə, elektrik avadanlıqları istehsalı 3,3 dəfə, maşın və avadanlıqlar istehsalı 37,7%, sair nəqliyyat vasitələri istehsalı 15,1%, mebel istehsalı 3,9 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 53,3% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 3,4% artıb. Belə ki, hesabat dövründə ölkədə 9,1 mlrd. kVt/saat və ya keçən ilki səviyyədən 9,6% çox elektrik enerjisi istehsal olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,5% artıb.

Sənaye və energetika
![Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 30% artıb](https://apa.az/storage/news/2024/june/15/big/666d6869afe27666d6869afe281718446185666d6869afe25666d6869afe26.jpg)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 30% artıb
![“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq](https://apa.az/storage/news/2024/june/15/big/666d45ce5976d666d45ce5976e171843732661d8238591aafed9d62f1daa6787d799.jpg)
“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
![Azərbaycan neftinin qiyməti 84 dolları ötüb](https://apa.az/storage/news/2024/june/15/big/666d383856e15666d383856e161718433848c4b1e47d3bd1ae595e35aceb3a88f392.jpg)
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
![Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib](https://apa.az/storage/news/2024/june/14/big/666c353b8e51e666c353b8e51f1718367547666c353b8e51c666c353b8e51d.jpg)