Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək

Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək
# 31 mart 2012 13:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə İstanbula səfər edəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ə. Davudoğlu E. Məmmədyarovu aprelin 1-də İstanbul şəhərində keçiriləcək “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında iştirak etmək üçün Türkiyəyə dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR