Ağdamda 16 yaşlı yeniyetmənin əlində sursat partlayıb

Ağdamda 16 yaşlı yeniyetmənin əlində sursat partlayıb
# 18 iyul 2012 19:57 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün Ağdam rayonu Kəlbəhüseynli kəndində 16 yaşlı Səfərov Ceyhun Araz oğlunun əlində köhnə döyüş sursatı partlayıb. İnsident nəticəsində o sol əlinin barmaqlarını itirib. Eyni zamanda C.Səfərov bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb. Yaralı şok vəziyyətində Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Gəncin həyatini xilas etmək üçün yaxınlıqdakı hərbi hospitalın həkimləri də tibbi müdaxiləyə cəlb olunub.

Qohumlarının verdiyi məlumata görə C.Səfərov əlindəki sursatı xalasıgilin həyətyanı sahəsindən tapıb. Hadisə ehtiyatsızlıq ucbatından baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR