Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbirində çıxışı zamanı bildirib.
“Prezident İlham Əliyevin iyul ayında Berlinə rəsmi səfəri yüksək səviyyəli görüşlər və məzmunlu müzakirələrlə yadda qaldı. Səfər çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyanat imzalandı və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olundu.
Alman tərəfdaşlarımızla birlikdə hazırda bu siyasi dinamikanı maliyyələşdirilə bilən layihələrə çevirmək və onların uğurla icrası üçün tələb olunan maliyyələşməni təmin etmək istiqamətində çalışırıq. Bu səyləri irəlilətmək, hazırda müzakirə olunan konkret təşəbbüsləri davam etdirmək və Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşünü keçirmək məqsədilə bu il noyabrın əvvəlində Almaniyaya səfər etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.