Paşha Bank
Bank Of Baku

Azərbaycanda 28 dövlət standartı yoxlamadan keçirilib

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə

© APA | Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə

# 16 oktyabr 2026 11:41 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 28 dövlət standartının yoxlanılması həyata keçirilib.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.

Onun sözlərinə görə, yoxlamaların əsas məqsədi mövcud dövlət standartlarının təkmilləşdirilməsi, onların aktuallığının və praktik tətbiqinin səmərəliliyinin müəyyən edilməsidir.

Kəmalə Məmmədzadə qeyd edib ki, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması ilə yanaşı, yeni dövlət standartlarının hazırlanması və qəbul edilməsi istiqamətində də işlər davam etdirilir.

Belə ki, cari ilin ilk doqquz ayında 620 yeni dövlət standartı qəbul edilib. Onların 530-dan çoxu istinad standartlarıdır.

Məmmədzadənin sözlərinə görə, 2025-ci ildə ümumilikdə 345 yeni dövlət standartı qəbul edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR