Bank Of Baku

İtaliya Sənaye Konfederasiyası: Azərbaycan bizim şirkətlər üçün mühüm investisiya tərəfdaşıdır

Fausto Mazzali

© APA | Fausto Mazzali

# 23 noyabr 2026 10:36 (UTC +04:00)

Azərbaycan İtaliya şirkətləri üçün mühüm investisiya və əməkdaşlıq tərəfdaşıdır.

APA xəbər verir ki, bunu İtaliya Sənaye Konfederasiyasının Kiçik Sənaye üzrə vitse-prezidenti Fausto Mazzali Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır və iki ölkə arasında iqtisadi-ticarət əlaqələri möhkəm təməllər üzərində qurulub.
Fausto Mazzalinin sözlərinə görə, Azərbaycanın enerji infrastrukturu və coğrafi mövqeyi ölkəni beynəlxalq ticarət və investisiya marşrutları baxımından mühüm tərəfdaşa çevirir.

O qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanın yerləşdiyi regionda, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat, logistika, mühəndislik və infrastruktur layihələrində iştirak etmək üçün geniş imkanlara malikdir.

Konfederasiya rəsmisi vurğulayıb ki, əməkdaşlığın enerji sektoru ilə məhdudlaşmaması, sənayenin digər istiqamətlərini də əhatə etməsi vacibdir. Onun sözlərinə görə, İtaliya şirkətləri enerji, bərpaolunan enerji, nəqliyyat infrastrukturu, kritik xammalın emalı, avtomatlaşdırma, robototexnika, süni intellekt və rəqəmsallaşma sahələrində Azərbaycanla əməkdaşlıq edə bilərlər.

Fausto Mazzali xüsusilə kiçik və orta İtaliya müəssisələrinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verə biləcəyini bildirib. O qeyd edib ki, bu şirkətlər yalnız məhsul və avadanlıq ixracı deyil, həm də texnologiya, təcrübə və istehsal həllərinin ötürülməsi baxımından əhəmiyyətli potensiala malikdir.

O əlavə edib ki, İtaliya tərəfi mövcud əməkdaşlıq imkanlarını konkret investisiya və sənaye layihələrinə çevirmək, Azərbaycan və İtaliya şirkətləri arasında birbaşa əlaqələri genişləndirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR