Bakıda Ukrayna vətəndaşı tutulub

Bakıda Ukrayna vətəndaşı tutulub
# 18 noyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Bakıda oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin "Təhlükəsiz Şəhər" xidməti və Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna vətəndaşı,1975-ci il təvəllüdlü Olqa Kovalenko saxlanılıb.

O. Kovalenko noyabrın 10-da günorta saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Leyla Mehdiyevanın içərisində 50 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR