Ucarda yük maşını aşıb, magistral yolda hərəkət dayanıb - FOTO

Ucarda yük maşını aşıb, magistral yolda hərəkət dayanıb - <span style="color: red;">FOTO
# 07 fevral 2013 17:05 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda yük maşınının aşması yolun bağlanmasına səbəb olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18:30 radələrində Ucar-Zərdab yolunun 13-cü kilometrliyində Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib. Ağdam rayon sakininin idarə etdiyi 10 - AL - 479 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını əsas magistral yolda çevrilib. Hadisə nəticəsində də yolun əsas hissəsi tamamilə bağlanıb. Bu səbəbdən də yük maşınlarının hərəkətində məhdudiyyət yaranıb. Hazırda Ucar rayon polis şöbəsinin əməkdaşları hadisə yerindədir. Aşmış “KaMAZ”ın yoldan götürülməsi və nəqliyyatın hərəkətinin bərpa etmək üçün müvafiq tədbirlər görülür. Hadisəyə yük maşınında yaranmış nasazlığın səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR