"Google" şirkətinin məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurub, istifadəçi məlumatlarının bir qismi itirilib

"Google" şirkətinin məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurub, istifadəçi məlumatlarının bir qismi itirilib
# 20 avqust 2015 07:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın "Google" internet şirkətinin Belçikada yerləşən məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurması istifadəçi məlumatlarının qismən itirilməsinə səbəb olub.

"APA-Economics" xəbər verir ki, avqustun 13-də başlayan tufanın "Google Compute Engine” servisinin fəaliyyətinə təsir göstərməsi nəticəsində bir sıra istifadəçilər fayllardan istifadə etmək imkanından məhrum olub. Digər məlumatları bir neçə saat sonra bərpa etmək mümkün olub. Nasazlığı aradan qaldırmaq üçün şirkət dörd gün sərf edib.

"Google" nümayəndələri bildirib ki, təxminən 0,000001% informasiya məhv edilib: "Avtomatik yardımçı sistemlərin enerjinin verilməsini operativ şəkildə bərpa etməsinə və məlumat saxlama sistemlərinin ehtiyat batareya enerjisinə malik olmasına baxmayaraq bu yaxınlarda saxlanılan məlumatların bəzisi elektrik enerjisinin kəsilmələrinə daha çox həssas saxlama sistemlərində saxlanılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR