Qarabağ kanalından naməlum kişi meyiti tapılıb
07 may 2008 19:21 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu - APA. Bu gün Qarabağ kanalının Yevlax rayonunda yerləşən “Eko” qaçqın düşərgəsinin yaxınlığından keçən hissəsində naməlum kişi meyiti tapılıb. APA-nın Qarabağ bürosunun Yevlax Şəhər Polis Şöbəsindən aldığı məlumata görə, meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Buna görə də ölümün səbəbinin ilkin ehtimalı suda boğulmadır. Polis onu da qeyd edib ki, hələlik şəxsiyyəti müəyyənləşməyən şəxsin Qarabağ kanalının keçdiyi digər ərazilərdə də boğulması və cəsədin su axını ilə Yevlax ərazisinə gəlməsi mümkündür. Faktla bağlı araşdırma aparılır.
Hadisə
Goranboyda soyğunçuluq edən şəxs saxlanılıb
08:33
16 iyun 2024
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib
07:26
16 iyun 2024
Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb
22:28
15 iyun 2024
Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb
19:17
15 iyun 2024