Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ilk oyununu Vasili İvançuka qarşı keçirəcək

Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ilk oyununu Vasili İvançuka qarşı keçirəcək
# 08 may 2008 07:47 (UTC +04:00)
21 yaşlı beynəlxalq qrossmeysterimiz rəqibi ilə ağ fiqurlarla oynayacaq. İlk turda, həmçinin Levon Aronyan (Ermənistan) - Veselin Topalov (Bolqarıstan), İvan Çeparinov (Bolqarıstan) - Bu Xianqzi (Çin) görüşləri baş tutacaq. Reqlamentə əsasən, 6 şahmatçı dairəvi sistemlə iki dövrədə mübarizə aparacaq. Üçüncü dəfə təşkil olunan və mayın 18-də başa çatacaq superturnirin baş hakiminin köməkçisi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR