Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Aqrolizinq" ASC ötən il 2013-cü il ilə müqayisədə aktivlərini 21,5% artıraraq 526,4 mln. manata çatdırıb.
Bu barədə "APA-Economics"ə "Aqrolizinq" ASC-dən daxil olan maliyyə hesabatında deyilir.
Hesabata əsasən, "Aqrolizinq"in aktivlərinin 384,2 mln. manatı uzunmüddətli, 142,1 mln. manatı isə qısamüddətlidir.
2014-cü il "Aqrolizinq" ASC-nin məcmu kapitalı 203,753 mln. manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 36,9% çoxdur. ASC-nin nizamnamə kapitalı hesabat dövründə 21,9% artaraq 194,5 mln. manata çatıb.
Bundan başqa, 2015-ci ilin əvvəlinə "Aqrolizinq"in öhdəlikləri 322,7 mln. manat olub ki, bu da illik müqayisədə 13,6% artım deməkdir. Öhdəliklərin mütləq əksəriyyəti, yəni 321,8 mln. manatı uzunmüddətlidir.
"Aqrolizinq" 2014-cü ili 829,525 manatlıq mənfəətlə başa vurub.