Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub
# 09 iyun 2013 20:05 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın 6-17-ci mərtəbələri arasında şaxta boyu kabellər, 6 ədəd elektrik sayğacı və bir mənzilin mətbəxi yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrində qalmış 10 nəfər bina sakini evakuasiya olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR