Pakistan parlamentinin müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək

Pakistan parlamentinin müşahidəçi missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək
# 06 oktyabr 2013 14:37 (UTC +04:00)

APA-nın Pakistanın “APP” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan Senatının xarici işlər, Kəşmir və Qilqit-Baltistan əyalətləri üzrə daimi komitəsinin iclasında çıxış edən senator Hacı Məhəmməd Adil bildirib ki, 6 müxtəlif siyasi partiyanın təmsilçiləri oktyabrın 11-ə kimi Azərbaycanda olacaq.

Bildirilib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçkilərdə müşahidə aparmaq üçün Pakistan parlamentindən 15 nəfərlik nümayəndə heyətini dəvət edib. Komitənin üzvləri bu dəvətini yüksək qiymətləndiriblər.

Komitə eyni zamanda senatorlar Cahangir Badar və Müşahid Hüseyn Səid tərəfindən təqdim olunan qətnamə də qəbul ediblər. Yekdilliklə qəbul olunan qətnamədə müxtəlif beynəlxalq forumlarda Azərbaycanın Pakistana Kəşmir məsələsində dəstək verməsi alqışlanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR