Turan Cavidin 90 illiyi qeyd olunub

Turan Cavidin 90 illiyi qeyd olunub
# 03 oktyabr 2013 12:47 (UTC +04:00)

Bakı – APA. Böyük Azərbaycan şairi Hüseyn Cavidin qızı Turan Cavidin 90 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilib.

Muzeydən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Turan xanımın necə nəcib, sadə, mərd xanım olmasından, bütün ömrünü atasının, qardaşının əlyazmalarını, əsərlərini günümuzə çatdırmasına sərf etməsindən və ömrünün sonunadək onların xatirəsini qoruyub saxlamasından danışıb.

Bildirilib ki, Turan Cavid 2 oktyabr 1923-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildən 2004-cü ilədək Hüseyn Cavidin Ev Muzeyinə rəhbərlik edib. Bu dövrdə o, Cavidin sovet dövründə çap olunan 4 cildlik “Əsərləri” üzərində redaktə işləri apararaq yenidən onları bərpa edib. 5 cildlik H.Cavid “Əsərləri” kitablarını tərtib edərək çapa hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR