Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
# 03 fevral 2014 16:01 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, DGK sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı, DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Dövlət başçısı DGK əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və mətbuat, səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə DGK-nın əməkdaşları Axundov Natiq Sabir oğluna “Əməkdar jurnalist”, Qədiməliyev Fikrət Gülverdi oğluna isə “Əməkdar həkim” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR