Mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 08 oktyabr 2013 09:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda mənzildən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Sədaqət Hüseynovanın evindən 15 000 manat və 4000 manat dəyərində qızıl əşyalarını oğurlayan Vurğun qəsəbə sakini Pərviz Yolçuyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR