İsa Qəmbər mitinq keçirmək təklifi ilə çıxış edib

İsa Qəmbər mitinq keçirmək təklifi ilə çıxış edib
# 28 aprel 2014 13:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. “Ölkədəki ictimai-siyasi vəziyyətlə və “nidaçılar”ın həbsdə saxlanılması ilə bağlı mitinq təşkil edilməlidir”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının Başqanı İsa Qəmbər Müsavat Partiyasında keçirilən ölkədəki ictimai-siyasi vəziyyətin və Rusiyanın son aylar apardığı siyasətin müzakirəsinə həsr olunmuş toplantıda deyib.

O, müxalifətin mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsi təklifini səsləndirib: “Əgər “Məhsul” stadionunda yer ayrılsa, mitinqi rahat keçirə bilərik. Çalışaq, mitinqi bu həftənin sonunda təşkil edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR