Penitensiar xidmətə qəbulla əlaqədar müsabiqə komissiyasının növbəti iclası keçirilib

Penitensiar xidmətə qəbulla əlaqədar müsabiqə komissiyasının növbəti iclası keçirilib
# 18 oktyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə xidmətə qəbulla əlaqədar müsabiqə komissiyasının növbəti iclası keçirilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçirilən müsabiqə komissiyasına 24 nəfər orta rəis heyətinə xidmətə qəbul olmaq istəyən namizədlər təqdim edilib. Namizədlərdən 5 nəfəri Penitensiar xidmətin tabe qurumlarında xidmət aparan kiçik rəis heyətinin əməkdaşlarıdır. Müsabiqə zamanı fiziki hazırlıq üzrə xüsusi məqbulları vermiş, kompüter proqramlarını və xarici dilləri bilən, fiziki hazırlıqlı, müasir dünya görüşünə malik namizədlərə üstünlük verilib.

Müsabiqə komissiyasından uğurla keçmiş namizədlər barəsində Penitensiar xidmətin tabe qurumlarında müvafiq orta rəis heyətinə xidmətə qəbul olunmalarına dair Ədliyyə Nazirinə təqdimatlar göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR