Ekspertlər: Dünya kakao bazarında qıtlıq yaranacaq

Ekspertlər: Dünya kakao bazarında qıtlıq yaranacaq
# 13 sentyabr 2013 14:13 (UTC +04:00)

Belə bir bəyanatla Kakao üzrə Beynəlxalq Təşkilatın (The International Cocoa Organization, ICCO) ekspertləri çıxış ediblər.

«APA-Economics»in məlumatına görə, qurumun yaydığı hesabatda deyilir ki, 2012-2013-cü illərdə dünya bazarında 52 min ton kakao qıtlığı yaranacaq.

Belə ki, Kot-d'İvuar və Qana kimi Afrika ölkələrində bu məhsulun yığım mövsümü oktyabrın 1-də başlayacaq və martın sonuna qədər davam edəcək. Bu ölkələr ümumiyyətlə dünya kakao istehsalının 58%-nə sahibdir.

Analitiklərin qiymətləndirmələrinə görə, 2013-2014-cü il mövsümündə isə bu məhsulun qıtlığı yaranacaq. Gələn il bütün dünya üzrə kakaoya olan tələbat 118 min ton artıq olacaq. Məhsul qıtlığının yaranmasına səbəb isə havaların olduqca isti keçməsidir.

Qeyd edək ki, bu il kakaonun qiyməti 15% artıb. Ekspertlər hesab edirlər ki, dünyada şokoladın istehlakının artması kakaonun qiymətinin yüksəlməsinə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR