Masallıda uşaq bağçasında yanğın olub

Masallıda uşaq bağçasında yanğın olub
# 09 yanvar 2014 14:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Masallı rayonunda uşaq bağçasında yanğın baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu Böyük Xocavar kəndində ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli uşaq bağçasının birinci mərtəbəsində 44 kv.m olan otaqda döşəmə 3 kv.m sahədə yanıb.

Otağın və uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR