Xeyir-şər evindən oğurluq edən şəxslər tutulub

Xeyir-şər evindən oğurluq edən şəxslər tutulub
# 01 fevral 2014 07:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə xeyr-şər evindən samovar oğurlayan 3 nəfər saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 15 gün əvvəl şəhər sakini Elşən İsmayılov polisə müraciət edərək Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər evindən 730 manat dəyərində 2 samovarın oğurlandığını bildirib.

Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehrab Hüseynzadə, Xəyal Kazımzadə və Emin Əsədov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR