QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər oktyabrın 22-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada “Rusiyada İslam və dövlət” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.
Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş, dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir. Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək.
Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcək.
Allahşükür Paşazadə Rusiyaya gedir
20 oktyabr 2013 15:48 (UTC +04:00)
Din
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
18:38
7 may 2024
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024