Moskvada sərhəd mühafizə texnologiyaları sərgisi keçirilir

Moskvada sərhəd mühafizə texnologiyaları sərgisi keçirilir
# 22 oktyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Rusiyanın paytaxtı Moskvada “İnterpolitex-2013” 17-ci beynəlxalq təhlükəsizlik sərgisi və bu sərgi çərçivəsində «Qranitsa-2013» 15-ci sərhəd mühafizə texnologiyaları sərgisi başlayıb.

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Sərgidə 440 təşkilat, o cümlədən 25 ölkədən 78 xarici şirkət öz məhsullarını nümayiş etdirir. Azərbaycan da daxil olmaqla 34 ölkədən daxili işlər, təhlükəsizlik, sərhəd mühafizə, fövqəladə halların aradan qaldırılması ilə məşğul olan qurumlarının əməkdaşları sərgidə ziyarətçi qismində iştirak edirlər.

Üç gün davam edəcək sərgidə polis, sərhəd, təhlükəsizlik və silahlı qüvvələr üçün müxtəlif texnologiyalar, texnikalar, silah və fərdi mühafizə sistemləri, optikalar, müşahidə-nəzarət sistemləri, yol-nəqliyyat təhlükəsizliyi, pilotsuz uçuş aparatları və s. nümayiş etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR