“AMEA xəbərləri məcmuəsi”nin təsis edilməsi barədə qərar qəbul olunub

“AMEA xəbərləri məcmuəsi”nin təsis edilməsi barədə qərar qəbul olunub
# 06 noyabr 2013 14:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi”nin təsis edilməsi barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirib ki, jurnalın yaradılmasında məqsəd AMEA Rəyasət Heyətinin, elmi müəssisə və təşkilatlarının nəticələri barədə məruzə və müzakirələrin elmi ictimaiyyətə çatdırılması, həmçinin Azərbaycanın görkəmli alimlərinin yubileyləri barədə məlumatların yayılmasıdır.

R. Əliquliyev, həmçinin AMEA-nın Fəxri Fərmanının da əsasnaməsi ilə iştirakçıları tanış edib. Sənəddə qeyd olunub ki, Fəxri Fərmanla AMEA-nın üzvləri, elm və texnikanın inkişafında, elmi nəticələrin islahata tətbiqində, elmi-təşkilatı işlərdə və yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olan görkəmli alim və mütəxəssisləri təltif olunurlar. Əsasnamə Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR