Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub
# 03 mart 2014 14:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Hüseynov, Nəbi Abışov və Elnur Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Haqverdiyev 7 il, N. Hüseynov 10 il, N. Abışov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz yolla narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR