APA TV xəbər verir ki, şahidlərin sözünə görə, toqquşma iki etapda baş verib.
Onlardan biri hadisəni belə danışıb: "İş yoldaşımla gedirdik. Qabaqda bir maşın var idi, "Mersedes". O əyləcə basdı, qabaqdakı maşın da saxladı. Bizimki, də saxladı. Arxadan "Volqa - Qaz 31", gəldi dəydi. Maşınlar dayandı. Üstündən iki saniyə keçmədi, daha bir zərbə oldu".
Qəza nəticəsində bədən xəsarəti alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə səbəb tıxacdan çıxan avtomobil sürücülərinin sürət həddini aşmaları və ara məsafələrini gözləmədən hərəkət etmələri olub. Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub. Hadisəylə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Heydər Əliyev prospektində 5 maşın toqquşdu - VİDEO
04 noyabr 2013 16:39 (UTC +04:00)
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024