Rusiyada minik və yük avtomobilləri toqquşub, 4 nəfər ölüb

 Rusiyada minik və yük avtomobilləri toqquşub, 4 nəfər ölüb
# 21 sentyabr 2013 08:09 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının Moskva vilayətində minik avtomobilinin “Kamaz”la toqquşması nəticəsində 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Minsk şosesinin 98-ci kilometrliyində, Smolensk istiqamətində “Jüquli” avtomobili naməlum səbəbdən yolun əks istiqamətinə çıxıb və yük avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin 3 sərnişini hadisə yerində, biri isə aparıldığı xəstəxanada ölüb. Sürücü müxtəlif xəsarətlər alıb və xəstəxanada müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR