ARDNŞ martda dövlət büdcəsinə ödənişlərini 48% artırıb

ARDNŞ martda dövlət büdcəsinə ödənişlərini 48% artırıb
# 16 aprel 2014 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin mart ayında dövlət büdcəsinə 176,493 mln. manat vəsait ödəyib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin mart ayına nisbətən 57,017 mln. manat və ya 47,7% çox olub.

Ümumiyyətlə, bu ilin I rübündə büdcəyə 523,106 mln. manat vəsait ödənib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 137,114 mln. manat və ya 35,5% çox olub.

Bundan əlavə, bu ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,218 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-mart aylarında Şirkət tərəfindən DSMF-ə ödəniş 37,038 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 49 min manat və ya 0,1% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR