Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 580 474-ə çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 580 474-ə çatıb
# 11 oktyabr 2013 13:33 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, həmin abonentlərin 684 154-ü Bakı şəhəri (674 291 əhali, 9 863 qeyri-əhali abonenti), 896 320-si isə regionların (887 108 əhali, 9 212 qeyri-əhali abonenti) payına düşür.

Bu ilin sentyabrın 1-nə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793 383 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.

Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR