Azərbaycanın magistral kəmərləri ilə neft və qazın nəqli artıb

Azərbaycanın magistral kəmərləri ilə neft və qazın nəqli artıb
# 17 aprel 2014 12:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 11,5 mln. ton neft nəql edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% artım müşahidə olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8,6 mln. ton neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,4 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 6,2 mlrd. kubmetr və ya 13,2% çox qaz nəql edilib. Nəql edilmiş qazın 26,0%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1,6 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR