Azərbaycan prezidentinin Şirvana səfəri başlayıb

Azərbaycan prezidentinin Şirvana səfəri başlayıb
# 01 iyul 2013 06:23 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Şirvana səfər edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Şirvan şəhərinin mərkəzindəki parkda abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident daha sonra “Cənub” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.

Dövlət başçısının səfər çərçivəsində daha bir neçə obyektin, o cümlədən Şirvan Olimpiya Kompleksinin, Bayraq meydanının və su xəttinin açılışında iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR