APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, iki nəfər ciddi kəllə-beyin zədəsi alıb.
Hazırda tibb briqadaları hadisə yerini və ətraf əraziləri bir daha nəzərdən keçirirlər.
Qeyd edək ki, aprelin 28-də Donetskdə Ukraynanın federallaşmasına qarşı çıxan nümayişçilərə hücum olub.
Üzərində tanınma nişanı olmayan kamuflyaj geymiş şəxslərin nümayişçilərə hücumu nəticəsində kütləvi dava baş verib.