Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olub - FOTOSESSİYA

Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olub - <span style="color: red;">FOTOSESSİYA
# 16 dekabr 2013 09:48 (UTC +04:00)

Bakı - APA. Müharibə və əmək veteranlarından ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində Heydər Əliyevin xatirəsini yad ediblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, müharibə və əmək veteranları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Veteranlara muzey barədə, burada Heydər Əliyev və Azərbaycan haqqında toplanmış foto və video materiallar, müxtəlif eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, 2013-cü il may ayından fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Heydər Əliyevin həyatı və Azərbaycanın müxtəlif dönəmlərini əks etdirən foto-video materiallar, unikal eksponatlar sərgilənir.

Veteranlara Muzeydə Heydər Əliyevin uşaqlığı, orta və ali məktəbdə təhsil aldığı illər, sovetlər dönəmindəki siyasi fəaliyyəti və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edən bölmələr, eləcə də burada nümayiş olunan media arxiv barəsində məlumat verilib.

Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi, buradakı sərgi zalları ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR