İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 11 iyun 2014 09:58 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda vətəndaşları qəbul edib.

APA-Economics”in məlumatına görə, Ş. Mustafayev rayon ərazisində orta ixtisas, orta ümumtəhsil məktəblərinin və uşaq bağçalarının vəziyyəti ilə bağlı müraciətləri dinləyib.

Nazir bildirib ki, yaxın gələcəkdə Ağdam rayonu ərazisində bir neçə sənaye müəssisəsinin qurulması, təhsil müəssisələrinin müasir standartlarda inşası üçün lazımi tədbirlər görüləcək.

Vətəndaşların şikayət və təkliflərini dinləyən nazir bəzi məsələlərin yerindəcə həlli üçün göstəriş verib. Digər müraciətlər aidiyyəti dövlət orqanlarına göndərilməsi üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR