Təhsil Nazirliyi müsahibə elan edib

Təhsil Nazirliyi müsahibə elan edib
# 12 may 2014 16:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifənin tutulması ilə bağlı müsahibə elan edir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu mayIn 5-dən 19 may saat 18:00-dək Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.

Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə müraciət edə bilər. Müsahibə ilə bağlı daha ətraflı məlumatı Təhsil Nazirliyinin internet saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR