İraqda partlayış nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb

İraqda partlayış nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb
# 02 yanvar 2014 20:44 (UTC +04:00)

Bakı-APA. İraqda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, partlayış İraqın şimal-şərqində yerləşən Balad-Ruz şəhərinin (paytaxt Bağdaddan 70 km aralıda) mərkəzi küçələrin birində baş verib.

Məlumata görə, partladıcı qurğu avtomobildə quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR