Birləşmiş Ərəb Əmirliklərində Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş kitabların təqdimatı olub

Birləşmiş Ərəb Əmirliklərində Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş kitabların təqdimatı olub
# 07 oktyabr 2013 12:33 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 5-da “Dubai Mall” ticarət mərkəzində, dünyada tanınmış beynəlxalq kitab şəbəkələrindən biri olan “Kino Kuniya” kitab mağazasında britaniyalı yazıçı Graeme Vilsonun Heydər Əliyev və prezident İlham Əliyevə həsr etdiyi “HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan” və “ILHAM. PORTRAIT OF A PRESİDENT. The President of Azerbaijan, his struggle for peace and vision of the future” kitabların təntənəli təqdimat mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Media Prima və Azərbaycanın Dubaydakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilmiş mərasimdə Dubayda akkreditə olunmuş diplomatlar, diaspor üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimin açılışında kitabların müəllifi G. Vilson, Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfiri Elxan Qəhrəman və Dubaydakı baş konsul Pərviz İsmayılzadə çıxış ediblər.

Tədbirdə Heydər Əliyev və prezident İlham Əliyevin fəaliyyətlərindən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edən fotoslayd və sənədli film nümayiş etdirilib, Azərbaycanın klassik musiqiləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR