Astaranın ucqar dağ kəndlərinin yolları asfaltlaşdırılır - FOTOSESSİYA

Astaranın ucqar dağ kəndlərinin yolları asfaltlaşdırılır  - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2013 16:58 (UTC +04:00)

Astara. Ağəddin Babayev-APA. Astarada Siyaku-Hamoşam-Toradi, Deqədi-Ağkörpü-Pəlikəş istiqamətində 20 kilometrdən çox yol yenidən qurulub. Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə istiqamətində dairəvi yol genişləndirilib, yol yatağı müasir tələblər səviyyəsində tamamilə qaydaya salınaraq asfaltlaşdırmaq üçün hazır vəziyyətə gətirilib.

Artıq bir neçə gündür ki, ucqar kəndlərə gedən Siyaku-Rinə yolunda asfaltlama işlərinə başlanıb. Siyaku, Niləşə, Vıli, Çuəş, Rinə, Miki, Taxtanakəran və digər kəndlərə, o cümlədən dağlıq ərazidə yerləşən Motlayataq, Asxanakaran, Hamoşam və Toradi kəndlərinə gedən 15 mindən çox əhali müasir tələblər səviyyəsində hazırlanmış rahat asfalt yoldan istifadə etməyə başlayıb.

Siyaku-Rinə yolunun 5 kilometr hissəsində əsaslı şəkildə abadlıq işləri görülüb, yol yatağı tam hazırlanıb. Almaniyadan gətirilmiş ən müasir texniki avadanlıqların köməyi ilə asfaltlaşma işi sürətlə davam etdirilir. Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi “Yoltikintinəqliyyatservis” MMC tərəfindən görülən işlərdə 35-dən çox müxtəlif texnikadan və yüksək ixtisaslı yol mütəxəssislərinin gücündən səmərəli şəkildə istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR