Şamaxıda bir nəfər göldə batıb

Şamaxıda bir nəfər göldə batıb
# 17 iyun 2013 16:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şamaxı sakini göldə batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində bir nəfərin Çuxuryurd gölündə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

Şamaxı Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, göldə batan şəxsin Allahverənov Anar Kamil oğlu olduğu müəyyənləşib.

Hazırda həmin şəxsin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR