Xalq artisti Ramiz Əzizbəyli hələ də xəstəxanadadır

Xalq artisti Ramiz Əzizbəyli hələ də xəstəxanadadır
# 06 mart 2014 10:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq artisti Ramiz Əzizbəylinin müalicəsi xəstəxana şəraitində davam edir.

R.Əzizbəylinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, aktyorun səhhətində ciddi dəyişiklik yoxdur: “Hazırda palatadadır, ümumi vəziyyəti stabildir, amma yaxşılaşıb demək hələ tezdir. Vəziyyəti stabil-ağır olaraq qalır. Nitqi tam bərpa olunmayıb, nə isə demək istədiyini çətin başa düşmək olur. Bəzən nə demək istədiyini başa düşürük, bəzən bu mümkün olmur. Huşu hələ yerinə gəlməyib”.

C.Əzizbəyli əlavə edib ki, xalq artistinin xəstəxanadan nə vaxt çıxacağı hələlik məlum deyil: “Bu vəziyyətdə inanmıram ki, tezliklə evə buraxılsın. Yəqin ki, bir müddət müalicəsi xəstəxanada davam edəcək. Yanına gəlib-gedənlər olsa da, həkimlər görüşü məsləhət bilmirlər ki, beyni yorulmasın, əsəbiləşməsin”.

Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR