Azərbaycanda internet istifadəçiləri istənilən vaxt provayderini dəyişə biləcək

Azərbaycanda internet istifadəçiləri istənilən vaxt provayderini dəyişə biləcək
# 23 avqust 2013 11:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda internet istifadəçilərinin öz domen adlarının avtomatik olaraq provayderlər arasında daşınması məsələsi texnoloji baxımdan artıq həll olunub. Müəyyən hüquqi bazanın formalaşması ilə bərabər bu sistem yaxın vaxtlarda istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Nazir xatırladıb ki, hazırda Azərbaycanda 40-dan artıq internet provayder fəaliyyət göstərir: «Onlar arasında rəqabətin düzgün təşkili, istifadəçilərin sərbəst seçimi, bir sıra çətinliklərlə rastlaşmamaq üçün yaxın vaxtlarda onlayn qeydiyyat sistemi istifadəyə veriləcək. İstənilən istifadəçi provayderini onlayn rejimdə istənilən vaxt dəyişə biləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR