“ASAN Xidmət”ə 2 milyondan çox adam müraciət edib

“ASAN Xidmət”ə 2 milyondan çox adam müraciət edib
# 25 iyun 2014 08:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN Xidmət” mərkəzlərinə 2 000 000-cu müraciət daxil olub.

Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, ilk “ASAN Xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb. Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

Bundan başqa prezidentin tapşırığına əsasən “ASAN Xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 iyun 2013-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Ötən il ərzində 37 rayonun 60 min sakininə Səyyar ASAN xidmətlər göstərilib. Bu ilin dekabr ayınadək 41 rayonun sakininə səyyar formada xidmətlərin göstərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR