Bakıya yağan güclü qar qəzaların sayını artırıb - FOTOSESSİYA - VİDEO

Bakıya yağan güclü qar qəzaların sayını artırıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 23:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, qara hazır olmayan bir çox sürücü yollarda qalıb. Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.

Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru qayıtmağa məcbur olublar.

Qeyd edək ki, yanvarın 30-u günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovğun olacaq, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq. Eyni hava şəraiti rayonlarda da hökm sürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR