M.Şevçenko hesab edir ki, Biryulevodakı meyvə-tərəvəz bazasına hücum sifarişli olub: “Biz artıq bilirik ki, bu sifariş Azərbaycan mənşəli şəxslərdən gəlib. Onlar bazanın sahibi olan şəxslərə qarşı hüquq-mühafizə orqanları vasitəsilə basqın ediblər. Mən onların adlarını çəkməyəcəm”.
Politoloq qeyd edib ki, Yeqor Şerbakovun qətli bazadan 3 km aralı məsafədə baş verib: “Amma nədənsə kütlə məhz bu bazaya hücum etdi. Kütləni qızışdıran şəxslərin adları da məlumdur. Onların hüquq-mühafizə orqanları, o cümlədən Rusiya DİN ilə əlaqələri var”.
M.Şevçenko Y.Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalovun hərəkətlərinə əsasən onun kriminal aləmlə əlaqəli şəxs olduğunu güman edir.